“Neftçi” futbol klubu Elvin Camalovla müqavilənin müddətini uzadıb.
Bu barədə İdman.Biz klubun mətbuat xidmətinə istinadən bildirir.
Dayaq yarımmüdafiəçisi ilə yeni 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2025-ci ilin yanvarında paytaxt klubuna transfer olunmuş E.Camalov bu müddətdə 28 rəsmi oyun keçirib, 1 qol vurub.
16:38
“Neftçi” futbol klubu yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisi məlumat yayıb.
“Ağ-qaralar” braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Miranda ilə anlaşıb.
26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.
Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.
