“Sabah” FK portuqaliyalı yarımmüdafiəçi ilə güclənib - VİDEO

20 İyun 2026 12:59
97
“Sabah” FK portuqaliyalı yarımmüdafiəçi ilə güclənib

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

İdman.Biz kluba istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Rodriqo Fernandeş bundan sonra komandanın uğurları üçün çalışacaq.

25 yaşlı yarımmüdafiəçi ilə iki illik müqavilə bağlanıb. Fernandeş son olaraq “Şamaxı” klubunun formasını geyinib.

“Sportinq” klubunun yetirməsi olan Rodriqo bu klubun əsas və əvəzedici komandasında çıxış edib. O, həmçinin “Portu”nun əvəzedici komandasında da forma geyinib.

İdman.Biz