Mourinyonun “Real Madrid”dəki köməkçisi bəlli oldu

15 İyun 2026 07:25
103
Mourinyonun “Real Madrid”dəki köməkçisi bəlli oldu

İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Joze Mourinyonun köməkçisi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Madrid təmsilçisinin və Almaniya millisinin sabiq futbolçusu Sami Xedira portuqaliyalı mütəxəssisin məşqçilər korpusuna qoşulacaq. Bu barədə “Marca” məlumat yayıb.

Mourinyo daha əvvəl “Real Madrid”də çıxış etmiş və klubun daxilini yaxşı tanıyan şəxsi özünə köməkçi seçmək istəyib. Xedira futbolçu karyerası dövründə Madrid klubunda məhz Mourinyonun rəhbərliyi altında da oynayıb.

Daha əvvəl bu vəzifəyə Pepenin gətirilə biləcəyi bildirilsə də, portuqaliyalı sabiq müdafiəçi belə ehtimalı istisna edib.

Qeyd edək ki, Sami Xedira 2010-2015-ci illərdə “Real Madrid”in formasını geyinib. Almaniyalı sabiq futbolçu klubla Çempionlar Liqası, İspaniya çempionluğu, iki ölkə kuboku, UEFA Superkuboku, İspaniya Superkuboku və klublararası dünya çempionatını qazanıb.

İdman.Biz