İngiltərə mundial öncəsi Kosta-Rikanı məğlub etdi - VİDEO

11 İyun 2026 10:47
101
İngiltərə mundial öncəsi Kosta-Rikanı məğlub etdi - VİDEO

İngiltərə futbol millisi 2026-cı il dünya çempionatı öncəsi son yoldaşlıq oyununu keçirib.

İdman.Biz “The Guardian”a istinadən xəbər verir ki, Tomas Tuxelin baş məşqçisi olduğu komanda Kosta-Rika seçməsi ilə qarşılaşıb.

ABŞ-nin Orlando şəhərində təşkil olunan görüş İngiltərənin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Avropa təmsilçisinin heyətində qolları Deklan Rays, Entoni Qordon və Olli Uotkins vurublar.

Qarşılaşma güclü yağış və ildırım səbəbindən bir saat gec başlayıb. Buna baxmayaraq, İngiltərə oyunda üstünlüyü ələ alaraq mundial öncəsi hazırlığını qələbə ilə tamamlayıb.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-da ilk oyununu Xorvatiyaya qarşı keçirəcək.

İdman.Biz