Devid Sallivanın cinsi istismar etdiyi qadından ağır ittiham

9 İyun 2026 17:08
323
Devid Sallivanın cinsi istismar etdiyi qadından ağır ittiham

İngiltərənin “Vest Hem Yunayted” klubunun sabiq rəhbəri və sahibi olmuş David Sallivan barədə şikayət edən qadınlardan biri ona susmaq qarşılığında pul təkilif oluynduğunu bildirib.

İdman.Biz xəbər verir ki, şərti adı Mia adlı qadın Sallivanın onu cinsi əlaqəyə sövq etdikdən sonra 50 funt sterlinq(təxminən 113 manat) verdiyini iddia edib.

Xatırladaq ki, bir neçə qadın keçmiş klub rəhbərini seksual qısnama və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edib. Aparılmış və dərc olunmuş birgə araşdırma 1980-ci illərdən başlayaraq bir neçə onilliyi əhatə edir. Araşdırmanın anonsundan sonra Sallivan istefa verib.

Mianın sözlərinə görə, Sallivanla tanış olduğu zaman onun 20 yaşı olub. O, həmin görüşün “Sport” jurnalındakı işi ilə bağlı olacağını düşünərək biznesmenin evinə gedib. Sallivan onu evin yuxarı mərtəbəsinə apardıqdan sonra isə qadın onun intim münasibət qurmaq niyyətində olduğunu anlayıb.

Zərərçəkmişin dediyinə görə, iş əldə etmək istəyirdisə, başqa seçimi olmadığını düşündüyündən Sallivanın soyunmaqla bağlı istəyini yerinə yetirib:

“Qapı bağlıdır, sən isə yad bir evdəsən... Mən gənc idim və açığı, nə edəcəyimi bilmirdim”.

Mia bildirib ki, cinsi əlaqədən sonra Sallivan seyfdən çıxardığı 50 funt sterlinqi ona verib. Halbuki əvvəlcədən hər hansı ödəniş barədə danışıq olmayıb. Qadının fikrincə, biznesmen bununla onu seks işçisi kimi göstərməyə və susmağa məcbur etməyə çalışıb.

“Bu baş verməməli idi. O, gənc qızların təcrübəsizliyindən öz maraqları naminə istifadə edirdi”, – deyə Mia bildirib.

Qadın həmçinin qeyd edib ki, sonradan yenidən Sallivanın evinə başqa bir gənc qadınla birlikdə gedib. Onun sözlərinə görə, həmin qadın pul qazanmaq məqsədilə Sallivanla münasibət qurmağa könüllü razılıq verib.

İdman.Biz