Millimizin futbolçusu Xəyal Əliyev müalicə üçün Madridə yollanıb

9 İyun 2026 14:09
114
Millimizin futbolçusu Xəyal Əliyev müalicə üçün Madridə yollanıb

Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev komandanın düşərgəsindən ayrılıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.Biz