Azərbaycan U-20 millisi Ruy Jorje ilə bu gün ilk oyuna çıxır

9 İyun 2026 11:11
101
Azərbaycan U-20 millisi Ruy Jorje ilə bu gün ilk oyuna çıxır

Bu gün Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis Ruy Jorjenin rəhbərlik etdiyi komanda Pakistan yığması ilə qarşılaşacaq.

Bu, R.Jorjenin rəhbərliyi altında U-20-nin ilk matçı olacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 17:30-da başlayacaq.

İdman.Biz