“Fənərbağça” ingiltərəli hücumçunu transfer edib

6 İyun 2026 10:59
142
“Fənərbağça” ingiltərəli hücumçunu transfer edib

Türkiyənin “Fənərbağça” futbol klubunun prezidentliyinə namizəd Hakan Safi “Marsel”in futbolçusu Meyson Qrinvud dörd illik müqavilə barədə razılıq əldə etdiklərini açıqlayıb.

İdman.Biz xarici Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubunda prezident seçkiləri öncəsi mübarizə davam edir və namizədlərdən biri olan Hakan Safi azarkeşləri həyəcanlandıran transfer xəbəri ilə çıxış edib.

O, seçki kampaniyası zamanı verdiyi böyük transfer vədini yerinə yetirdiyini bildirib: "Demişdim ki, ulduz futbolçu gətirəcəyəm. Bu gün sözümü tutduğum üçün haqlı qürur hissi keçirirəm".

Safi həmçinin layihələrində əfsanəvi italiyalı futbolçu Paolo Maldininin də iştirak etdiyini vurğulayıb:

"Burada əziz dostum Paolo Maldini də var. Ayağında kiçik problem var, yəqin ki, futbol karyerasının nəticəsidir. (Gülür) Onunla birlikdə gələcəyin "Fənərbağça"sını formalaşdırırıq".

İdman.Biz