“Qarabağ”ın keçmiş futbolçusu Emmanuel Addai Ağdam klubuna təşəkkür edib.
İdman.Biz bildirir ki, qanalı futbolçu bu barədə sosial şəbəkədə yazıb.
“Bu fəsil başa çatdığı üçün, “Qarabağ” FK-na hər şey üçün təşəkkür etmək istəyirəm. Azarkeşlərə, işçi heyətinə, məşqçilərə və komanda yoldaşlarıma əbədi olaraq əziz tutacağım dəstək, xatirələr və təcrübələr üçün təşəkkür edirəm. Bu klubun bir hissəsi olmaq şərəf idi və burada keçirdiyim vaxta görə həmişə minnətdar olacağam. Klubla əlaqəli hər kəsə gələcəkdə uğurlar və xoşbəxtlik arzulayıram”, - Addai qeyd edib.
Emmanuel Addai 2024-26-cı illərdə “Qarabağ”da çıxış edib. Bu il o klubla müqaviləsini yeniləməyib.
