Niderlandın PSV futbol komandasının mərakeşli yarımmüdafiəçisi İsmayıl Saibari Almaniyanın “Bavariya” klubunun transfer siyahısına düşüb.
İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı futbolçu ilə bağlı ilkin danışıqlara başlayıb.
“Bavariya” bu addımı Entoni Qordon transferinin baş tutmamasından sonra atıb. Almaniya klubu hücum xəttinin cinahlarını gücləndirmək üçün Saibarini real variantlardan biri kimi nəzərdən keçirir.
Məlumata əsasən, “Bavariya” futbolçunun transfer qiymətini öyrənmək üçün PSV-nin mövqeyini gözləyir. Saibarinin də yay transfer pəncərəsində Münhen klubuna keçməyə müsbət yanaşdığı bildirilir.
Onun Niderland klubu ilə müqaviləsi 2029-cu ilin yayınadək qüvvədədir.
