Morata həyat yoldaşı ilə yenidən barışıb - FOTO

2 İyun 2026 10:52
71
Morata həyat yoldaşı ilə yenidən barışıb - FOTO

İtaliyanın “Milan” futbol klubunun hücumçusu Alvaro Morata dörd övladının anası Alisa Kampello ilə yenidən bir araya gəlib. 2026-cı ilin əvvəlində ayrılan cütlük münasibətlərinə daha bir şans vermək qərarına gəlib.

İdman.Biz xəbər verir ki, 33 yaşlı Morata və 31 yaşlı Alisa barışmaq niyyətində olduqlarını şəxsən təsdiqləyiblər. Bundan əvvəl onlar İspaniya paytaxtında keçirilən konsertdə qucaqlaşarkən və öpüşərkən görüntüləniblər.

“Ona görə bir-birlərinə daha bir şans verirlər ki, Alvaro onsuz yaşaya bilmir. Çünki Alisa onun həyatının qadını və uşaqlarının anasıdır", - deyə xəbəri ictimailəşdirən jurnalist qeyd edib.

Alvaro və Alisa ilk dəfə iki il əvvəl, səkkiz illik münasibətdən sonra ayrıldıqlarını açıqlamışdılar. Lakin sonradan övladlarına görə bu qərardan vaz keçərək münasibətlərini bərpa etmişdilər.

İdman.Biz