Valverdenin qolu mövsümün ən yaxşısı seçildi - VİDEO

1 İyun 2026 02:03
89
Valverdenin qolu mövsümün ən yaxşısı seçildi - VİDEO

İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Federiko Valverdenin Çempionlar Liqasında vurduğu qol mövsümün ən yaxşısı seçilib.

İdman.Biz xəbər verir ki, UEFA-nın Texniki Müşahidəçilər Qrupu 2025/2026 mövsümünün ən yaxşı on qolunu müəyyənləşdirib. Siyahıda birinci yeri Valverdenin “Real Madrid”in “Mançester Siti” üzərində 3:0 hesablı qələbə qazandığı oyunda vurduğu qol tutub.

Uruqvaylı futbolçu bu qolu Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununda vurub. UEFA Valverdenin həmin epizodda het-trikini tamamladığını və zərbənin mövsümün ən yaxşı qolu kimi qiymətləndirildiyini açıqlayıb.

İkinci yerə “Tottenhem”in müdafiəçisi Mikki van de Venin “Kopenhagen”ə vurduğu qol layiq görülüb. İlk üçlüyü isə “Bavariya”nın futbolçusu Luis Diasın PSJ ilə yarımfinalın ilk oyunundakı qolu tamamlayıb.

İdman.Biz