Adi Hütter “Ayntraxt”a qayıtdı

31 May 2026 19:31
70
Adi Hütter “Ayntraxt”a qayıtdı

Almaniyanın “Ayntraxt” futbol klubu baş məşqçi postuna Adi Hütteri təyin edib.

İdman.Biz xəbər verir ki, 56 yaşlı avstriyalı mütəxəssis Frankfurt təmsilçisində Albert Rieranı əvəzləyib. Hütter yeni vəzifəsinin icrasına 1 iyul 2026-cı ildən başlayacaq. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub.

Bu, Hütterin “Ayntraxt”da ikinci dönəmi olacaq. O, daha əvvəl 2018-2021-ci illərdə Frankfurt klubunu çalışdırıb. Avstriyalı məşqçinin ilk dönəmində komanda UEFA Avropa Liqasının yarımfinalına qədər irəliləyib, 2020/21 mövsümündə isə yenidən avrokuboklara vəsiqə qazanıb.

“Ayntraxt”ın idman direktoru Markus Kröşe Hütteri cəsarətli hücum futbolu, aydınlıq və intizamla əlaqələndirib. Klub rəsmisi avstriyalı mütəxəssisin komandanı daha da inkişaf etdirə biləcəyinə inandıqlarını bildirib.

Hütterin köməkçiləri də müəyyənləşib. Kristian Payntinger və Klaus Şmidt məşqçilər korpusunda yer alacaqlar. Yan Zimmermann (Jan Zimmermann) isə qapıçılar üzrə məşqçi kimi işini davam etdirəcək.

Qeyd edək ki, Hütter “Ayntraxt”dan ayrıldıqdan sonra Almaniyanın “Borussiya Münhenqladbax” futbol klubunda çalışıb, daha sonra Fransanın “Monako” futbol klubuna rəhbərlik edib.

İdman.Biz