İspaniyanın “Atletiko” futbol komandasının baş məşqçisi Dieqo Simeone Xulian Alvaresin gələcəyi ilə bağlı müəmmalı açıqlama verib.
İdman.Biz xəbər verir ki, argentinalı hücumçunun adı “Barselona”, “Arsenal” və PSJ ilə hallanır. Simeone La Liqanın son turunda “Vilyarreal”a 1:5 hesablı məğlubiyyətdən sonra futbolçunun mümkün ayrılığı barədə sualı cavablandırıb.
“Bunu onun özündən soruşmaq daha yaxşı olar. Məncə, Xulian artıq qərarını verib”, - deyə argentinalı mütəxəssis bildirib.
Alvaresin “Atletiko” ilə müqaviləsi 2030-cu ilə qədərdir. Transfermarkt onun bazar dəyərini 90 milyon avro (180 milyon AZN) qiymətləndirir. “Barselona”nın futbolçuya marağının real olduğu bildirilsə də, keçidin maliyyə baxımından çətin olacağı qeyd olunur.
