“Qarabağ”ın qapıçısı Mateuş Koxalski yeni mövsümdə başqa kluba keçməyəcək.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, polşalı qolkiper üçün bu il Ağdam təmsilçisinə rəsmi təklif göndərilməyib.
Artıq Ağdam klubunun rəhbərliyi 25 yaşlı qolkiperin ən azı müqaviləsinin müddəti bitənə - 2027-ci ilin yayına qədər komandada qalacağına ənindirlər. Qolkiperin bu yay yaxşılaşdırılmış şərtlərlə yeni anlaşmaya imza atmaq və daha uzun müddətə "Qarabağ"da qalmaq ehtimalı da var.
Xatırladaq ki, Koxalski 2024-cü ildən “Qarabağ”ın uğurları üçün çalışır. Cari mövsüm “köhlənlər”in forması ilə bütün turnirlərdə 41 matça çıxan qolkiper 58 qol buraxıb, 11 oyunda qapısını toxunulmaz saxlayıb.
