Konqo azarkeşləri Ebola təhlükəsinə görə ABŞ-yə buraxılmaya bilər

20 May 2026 12:05
160
Konqo azarkeşləri Ebola təhlükəsinə görə ABŞ-yə buraxılmaya bilər

Futbol üzrə Konqo Demokratik Respublikası millisinin azarkeşləri ABŞ-də keçiriləcək turnirə buraxılmaya bilər.

İdman.Biz xəbər verir ki, Ebola qızdırmasının yayılması fonunda tətbiq olunan məhdudiyyətlər səbəbindən azarkeşlərin ölkəyə girişinə qadağa qoyulması ehtimal edilir.

Futbol üzrə Konqo millisi isə turnirdə iştirak etmək üçün ABŞ-yə səfər edə biləcək.

Qeyd edək ki, Konqo futbolçuları 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanıb. Komanda pley-off mərhələsinin finalında Yamaykanı 1:0 hesabı ilə məğlub edərək mundiala yüksəlib. Bu, ölkənin 1974-cü ildən sonra ilk dünya çempionatı olacaq.

İdman.Biz