Xavyer Tebasdan sensasiyalı açıqlama

29 Aprel 2026 04:15
360
Xavyer Tebasdan sensasiyalı açıqlama

İspaniya La Liqasının prezidenti Xavyer Tebas portuqaliyalı baş məşqçi Joze Mourinyonun yenidən ölkə çempionatına qayıtmaq ehtimalını şərh edib.

İdman.Biz xəbər verir ki, Tebas Mourinyonun İspaniyanın “Real Madrid” futbol komandasına qayıtmasının liqa üçün müsbət addım olacağını bildirib.

“Mourinyonun “Real Madrid”ə qayıdışı? O, əsl şoumen və böyük marağa səbəb olan mütəxəssisdir. Belə bir hadisə La Liqanın xeyrinə olar”, - deyə president vurğulayıb.

Qeyd edək ki, Joze Mourinyo birinci dəfə 2010-cu ildən 2013-cü ilə qədər Madrid klubuna rəhbərlik edib və bu müddət ərzində İspaniya çempionluğu, kuboku və superkubokunu qazanıb.

İdman.Biz