Avropa nəhəngləri “Ayaks”ın yarımmüdafiəçisini izləyir

28 Aprel 2026 09:20
184
Avropa nəhəngləri “Ayaks”ın yarımmüdafiəçisini izləyir

“Arsenal”, “Barselona”, “Çelsi”, “Liverpul” və “Mançester Yunayted” “Ayaks”ın yarımmüdafiəçisi Miki Qodtsun inkişafını yaxından izləyən komandalar sırasındadır.

İdman.Biz xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Mənbənin məlumatına görə, bir neçə klubun skautları Niderland çempionatında “Breda” ilə keçirilən (2:0) oyunu canlı izləyiblər. Həmin qarşılaşmada 20 yaşlı belçikalı futbolçu fərdi keçiddən sonra qollardan birinə imza atıb.

Qodts 2024-cü ilin yanvarından “Ayaks”da çıxış edir. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədər qüvvədədir. Cari mövsümdə 39 oyunda 16 qol vurub və 13 məhsuldar ötürmə edib.

2026-cı ilin martında yarımmüdafiəçi Belçika millisində debüt edib.

Transfermarkt portalı Qodtsun transfer dəyərini 25 milyon avro qiymətləndirir.

İdman.Biz
Məqalədə: