Ukrayna millisinin baş məşqçi postuna əsas namizəd kimi Miron Markeviç nəzərdən keçirilir.
İdman.Biz xəbər verir ki, bu barədə "UA-Futbol" məlumat yayıb.
Mənbənin məlumatına görə, yığmanın yeni baş məşqçisi ilə bağlı qərar yaxın vaxtlarda verilə bilər və hazırda 75 yaşlı mütəxəssis prioritet variant hesab olunur.
Bununla yanaşı, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko Sergey Rebrovun əvəzlənməsi üçün bu seçimin düzgünlüyünə hələ tam əmin deyil. Buna baxmayaraq, onun ətrafı hesab edir ki, hazırda mövcud variantlar arasında Markeviç ən uyğun namizəddir.
Daha əvvəl bildirilmişdi ki, namizədlər siyahısına Andrea Maldera və İqor Yoviçeviç də daxildir.
Xatırladaq ki, aprelin 22-də Ukrayna Futbol Assosiasiyası Rebrovun milli komandanın baş məşqçi postundan ayrıldığını açıqlayıb.
