Bakı küçələrində derbi coşqusu: “Qalatasaray” azarkeşləri qələbəni qeyd ediblər - VİDEO

27 Aprel 2026 04:05
257
Bakı küçələrində derbi coşqusu: “Qalatasaray” azarkeşləri qələbəni qeyd ediblər - VİDEO

Türkiyə Superliqasının 31-ci turunda “Qalatasaray”ın əzəli rəqibi “Fənərbağça” üzərində qazandığı 3:0 hesablı qələbə Bakıda da böyük coşqu ilə qarşılanıb.

İdman.Biz xəbər verir ki, oyunun başa çatmasından dərhal sonra paytaxtdakı “sarı-qırmızılı” azarkeşlər küçələrə axışaraq qələbəni qeyd etməyə başlayıblar.

Qələbə yürüşünün əsas mərkəzi Dənizkənarı Bulvar olub. Əllərində komandalarının bayraqlarını daşıyan yüzlərlə azarkeş şüarlar səsləndirərək çempionluq yolundakı bu vacib uğuru bayram ediblər.

İdman.Biz