Türkiyə Superliqasının 31-ci turunda “Fənərbağça”nı 3:0 hesabı ilə məğlub edən “Qalatasaray” klubu oyunun yekununda rəqibinə ard-arda atmacalar atıb. İstanbul təmsilçisi bu qələbə ilə ardıcıl dördüncü, ümumilikdə isə 26-cı çempionluq yolunda böyük üstünlük əldə edib.
İdman.Biz xəbər verir ki, “Qalatasaray”ın ikinci qolundan sonra “Fənərbağça” azarkeşləri qonaq tribunasında məşəllər yandıraraq aşağıda outran “sarı-qırmızılı” azarkeşlərin başlarına atıblar. Həmin görüntüləri klubun ingilisdilli "X" hesabı paylaşaraq rəqibin ünvanına sərt ifadələr işlədib.
Paylaşımda “Fənərbağça” azarkeşləri boşa gedən daha bir mövsümü qeyd edirlər” sözləri qeyd olunub.
