Qurban Qurbanov: “Neftçi”yə qarşı oynayanda motivasiyaya ehtiyac qalmır”

27 Aprel 2026 00:52
133
Qurban Qurbanov: “Neftçi”yə qarşı oynayanda motivasiyaya ehtiyac qalmır”

Azərbaycanın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Misli Premyerliqasının 29-cu turunda “Neftçi” üzərində qazanılan 5:1 hesablı darmadağını şərh edib.

İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis futbolçularını təbrik edərək vacib üç xal qazandıqlarını bildirib: “Yaxşı oyun göstərdik. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Sıx qrafikdə oynadığımız üçün bəzi rotasiyalar etdik. Bir qrup futbolçumuz çox yorğun idi, amma məşqlərdə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışdılar”.

Qurbanov hazırlıq üçün vaxtın az olduğunu, lakin rəqibin adının futbolçuları həvəsləndirmək üçün yetərli olduğunu vurğulayıb: ““Neftçi”yə qarşı oynayanda oyunçuları əlavə motivasiya etməyə ehtiyac yoxdur. Azarkeşlər üçün belə matçlar hər zaman maraqlıdır. Bizim üçün növbəti qarşılaşma daha vacibdir və futbolçuları ona düzgün hazırlamalıyıq”.

İdman.Biz
Məqalədə: