Türkiyə Superliqasının növbəti turunda “Alanyaspor” ilə qarşılaşmadan sonra maraqlı anlar yaşanıb. Türkiyənin “Beşiktaş” futbol komandasının yarımmüdafiəçisi Milot Raşitsa oyundan sonra formasını tribunalara doğru atıb.
İdman.Biz xəbər verir ki, kosovolu futbolçunun əsl niyyəti köynəyini sevgilisinə vermək olub. Lakin Raşitsanın bu planı gözlənilməz sonluqla bitib.
Futbolçu formasını tribunalara atarkən, yaxınlıqdakı türk azarkeş - balaca bir oğlan böyük cəldlik nümayiş etdirib. O, sevgilisi üçün nəzərdə tutulan köynəyi havada tutaraq uzaqlaşıb. Futbolçunun jesti hədəfə çatmasa da, gənc azarkeşin bu cəldliyi stadiondakıların və sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.
