De Zerbi “Tottenhem”in zədəli futbolçularından danışdı

26 Aprel 2026 06:38
415
De Zerbi “Tottenhem”in zədəli futbolçularından danışdı

İngiltərənin “Tottenhem” futbol komandasının baş məşqçisi Roberto De Zerbi “Vulverhempton” ilə oyunda (1:0) zədələnən hücumçu Dominik Solanke və yarımmüdafiəçi Xavi Simonsun sağlamlıq durumu haqqında açıqlama verib.

İdman.Biz klubun rəsmi saytına istinadla xəbər verir ki, mütəxəssis hər iki futbolçunun vəziyyətinin yaxın günlərdə tam bəlli olacağını bildirib.

Baş məşqçinin sözlərinə görə, Solankedə əzələ zədəsi qeydə alınıb:

“Solankenin zədəsinin nə dərəcədə ciddi olduğunu hələ bilmirəm. Xavidə isə diz problemi var. Bazar ertəsi və ya çərşənbə axşamı bu barədə daha ətraflı məlumat alacağıq. Solankenin zədəsi o qədər də ağır deyil, lakin neçə oyun buraxacağını dəqiq deyə bilmərəm”.

De Zerbi Simonsun diz zədəsi ilə bağlı narahatlığını da gizlətməyib:

“Xavinin real vəziyyətini bilmək istərdim, çünki diz zədəsi hər zaman əzələ zədəsindən fərqlənir. O, ağrılar hiss edirdi. Lakin iki dəqiqə əvvəl onunla danışdım, özünü zədə aldığı andakından daha yaxşı hiss edir”.

İdman.Biz