“Mançester Siti” futbol komandası İngiltərə Kubokunun yarımfinalında “Sauthempton”u 2:1 hesabı ilə üstələyərək ardıcıl dördüncü dəfə turnirin finalına vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, “şəhərlilər” son illərdə bu turnirdə stabil çıxışı ilə diqqət çəkirlər. Belə ki, komanda 2022/2023 mövsümünün finalında “Mançester Yunayted”i məğlub edərək (2:1) kuboka sahib çıxıb. Növbəti mövsümdə həlledici matçda eyni rəqibə (1:2), ötən mövsüm isə “Kristal Palas”a (0:1) uduzublar.
Xosep Qvardiolanın komandası budəfəki finalda “Çelsi” - “Lids Yunayted” cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu kuboku ən çox qazanan komanda 14 qələbə ilə “Arsenal”dır. “Mançester Yunayted” 13 dəfə bu sevinci yaşayıbsa, üçüncü pilləni hərəyə səkkiz titulla “Liverpul”, “Tottenhem” və “Çelsi” bölüşdürür. “Mançester Siti”nin aktivində yeddi İngiltərə Kuboku var.
mançester siti, ingiltərə kuboku, final, xosep qvardiola, sauthempton, futbol
