Çempionluq sevinci yarımçıq qaldı: 90+13-cü dəqiqə dramı - VİDEO

25 Aprel 2026 21:54
160
Çempionluq sevinci yarımçıq qaldı: 90+13-cü dəqiqə dramı - VİDEO

İngiltərə Beşinci liqasında mövsümün son turu futbol tarixinə keçəcək inanılmaz və dramatik anlara səhnə olub. “Rochdale” futbol komandası öz meydanında çempionluq uğrunda birbaşa rəqibi olan “York City”ni qonaq edib.

İdman.Biz xəbər verir ki, “Crown Oil Arena”da baş tutan və gərgin keçən görüşün 90 dəqiqəsi qolsuz bərabərliklə yekunlaşıb. Qarşılaşmanın sonuna əlavə olunmuş altı dəqiqənin daxilində - 90+5-ci dəqiqədə Emmanuel Dieseruvve “Rochdale”ni önə keçirib. Bu qol komandanı çempionluğa və birbaşa İkinci liqaya yüksəlməyə çox yaxınlaşdırıb. Sevincdən coşan yüzlərlə azarkeş meydana axışaraq qolu futbolçularla qeyd edib.

Azarkeşlərin meydandan çıxarılması və oyunun bərpa olunması ciddi vaxt itkisinə səbəb olduğu üçün hakim görüşü davam etdirib. Qarşılaşmanın 103-cü (90+13) dəqiqəsində “York City”nin futbolçusu Josh Stones hesabı bərabərləşdirərək meydan sahiblərini şoka salıb.

Bu bərabərlik sayəsində xallarının sayını 108-ə çatdıran “York City” çempionluğunu rəsmiləşdirərək İngiltərə Futbol Liqasına qayıdıb. 106 xalla mövsümü ikinci pillədə başa vuran “Rochdale” isə yüksəliş şansını pley-off mərhələsinə saxlayıb.

İdman.Biz