“Qarabağ”ın sabiq futbolçusu Benzia Səudiyyənin ən böyük transfer şirkəti ilə əməkdaşlığa başlayıb

25 Aprel 2026 17:21
185
“Qarabağ”ın sabiq futbolçusu Benzia Səudiyyənin ən böyük transfer şirkəti ilə əməkdaşlığa başlayıb

“Qarabağ” klubunun sabiq yarımmüdafiəçisi Yassin Benzia Səudiyyə Ərəbistanın transfer və menecment şirkəti “Golden Goal” ilə yeni əməkdaşlığa start verib.

İdman.Biz xəbər verir ki, bu tərəfdaşlıq əlcəzairli ulduzun karyerasında fərqli mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Qeyd olunur ki, Benzia bu yeni dövrdə təcrübəsi və seçilən oyun keyfiyyətləri ilə diqqət çəkməyə davam edəcək.

Mlumat üçün əlavə edək ki, əlcəzairli futbolçu hazırda Səudiyyə Ərəbistanında, “Əl-Fayha” klubunda oynayır.

İdman.Biz
Məqalədə: