“Red Bull” 50 yaşlı rəhbərlərindən biri Oliver Mintzlaff “Leyptsiq”in “Union” üzərində 3:1 hesablı qələbə qazandığı oyun zamanı qeyri-adi addımı ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, o, qarşılaşma boyu meydanın kənarında quraşdırılmış qaçış trenajorunda hərəkətdə olub və 90 dəqiqə ərzində 21,41 km məsafə qət edib.
Bu qaçış “Wings for Life World Run” xeyriyyə aksiyası çərçivəsində baş tutub və onurğa beyni zədələrinin araşdırılmasına dəstək məqsədi daşıyıb.
Qeyd edək ki, Mintslaff keçmişdə peşəkar qaçışçı olub və bu sahədə təcrübəyə malikdir.
