Ruy Jorje: “Elə komanda quracağıq ki, hamı fəxr etsin”

25 Aprel 2026 14:19
194
Ruy Jorje: “Elə komanda quracağıq ki, hamı fəxr etsin”

“Keyfiyyətli məşqlər edirik. Oyunçulardan istədiklərimizi ala bilirik”.

İdman.Biz xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruy Jorje jurnalistlərə açıqlamasında bildirib.

Baş məşqçi toplanışda yoxlama oyunu keçirməmələrinin səbəbini açıqlayıb:

“Oyunçuları daha yaxından tanımaq, məşq prinsiplərimizə bələd olmaqlarını istədim. Yoldaşlıq oyunlarından əvvəl haradan başlayacağımızı bilməliyik. İlkin təəssüratlarım yaxşıdır. Futbolçuların yanaşmalarından razıyam. Çox istədiklidirlər, bu da bizim oyun fəlsəfəmizə uyğundur. Öyrənmək istəyirlər”.

Portuqaliyalı mütəxəssis təlim-məşq toplanışının yaxşı keçdiyini söyləyib:

“20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri çox istəklidirlər. Bu hazırlıq prosesindən çox razıyıq. Onlar çox istəklidirlər”.

R. Jorje ikinci toplanışda yoldaşlıq oyunu olacağını sözlərinə əlavə edib:

“Çox güman ki, xarici komanda ilə oynayacağıq. Elə komanda yaradacağıq ki, hər bir azərbaycanlı fəxr edəcək. Dünya çempionatına təşkilatçı ölkə kimi qatılırıq. Digər komandalarla fərqimizin olduğunu bilirik. Bunun üçün hər gün istəklə çalışacağıq ki, fərqi azaldaq”.

Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə təlim-məşq toplanışında olacaq. Komanda 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

İdman.Biz