Lempard “Kristal Pelas”ın baş məşqçisi ola bilər

25 Aprel 2026 12:00
216
Lempard “Kristal Pelas”ın baş məşqçisi ola bilər

İngiltərənin “Koventri Siti” klubunun baş məşqçisi Frank Lampard mövsümün sonunda “Kristal Pelas”a rəhbərlik edə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

47 yaşlı mütəxəssisin rəhbərliyi altında “Koventri Siti” uğurlu mövsüm keçirib. Bu isə digər klubların da Lempardla əməkdaşlıqda maraqlı olmasına səbəb olub.

Məlumata görə, “Kristal Pelas” Lempardı mövsümün sonunda komandadan ayrılacaq Oliver Qlasnerin əsas əvəzləyicisi kimi nəzərdən keçirir. Qeyd edək ki, ingiltərəli mütəxəssis 2024-cü ilin noyabrından “Koventri Siti” rəhbərlik edir.

Komanda daha əvvəl Çempionşipdə birinci yeri təmin edərək birbaşa Premyer Liqaya vəsiqə qazanıb. Maraqlıdır ki, klub son 25 ildə elit diviziona yüksələ bilmirdi.

Hazırda “Kristal Pelas” Premyer Liqanın turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

İdman.Biz