Ranyeri “Roma”dakı vəzifəsindən ayrıldı

24 Aprel 2026 15:08
170
Ranyeri “Roma”dakı vəzifəsindən ayrıldı

İtaliyalı mütəxəssis Klaudio Ranyeri “Roma” klubunda müşavir vəzifəsini tərk edib.

İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Daha əvvəl 74 yaşlı mütəxəssisin komandanın baş məşqçisi Can Pyero Qasperini ilə yaşadığı münaqişə səbəbindən klubdan ayrılacağı bildirilirdi.

“Klub Klaudionun “Roma”ya verdiyi böyük töhfəyə görə ona təşəkkür edir. O, çox çətin dövrdə komandaya rəhbərlik edib və biz onun səylərinə hər zaman minnətdar olacağıq”, - deyə Roma təmsilçisinin açıqlamasında qeyd olunub.

Bildirilib ki, “Roma” rəhbərliyi Can Pyero Qasperini tam etimad göstərir və onunla əməkdaşlığı davam etdirəcək.

Qeyd edək ki, A Seriyasında 33 turdan sonra “Roma” 58 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

İdman.Biz
Məqalədə: