Ağdamda “İmarət” stadionunun tikintisinə start verildi - VİDEO

24 Aprel 2026 11:07
243
Ağdamda “İmarət” stadionunun tikintisinə start verildi - VİDEO

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni “İmarət” stadionunun tikintisinə start verilib.

Gənclər və İdman Nazirliyinin şöbə rəisi Elmir Mehdiyev tikinti prosesinin gedişindən danışaraq bildirib ki, hazırda stadionun təməl hissəsində torpaq işləri aparılır. Bununla yanaşı, dəmir-beton konstruksiyaların quraşdırılmasına da başlanılıb.

Onun sözlərinə görə, stadion yalnız əsas oyun meydançası ilə məhdudlaşmayacaq, ərazidə əlavə olaraq bir məşq meydançası da inşa ediləcək. Eyni zamanda, stadion şəhər sakinləri üçün park funksiyasını da yerinə yetirəcək.

“İmarət” stadionunda tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, stadion UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun şəkildə inşa olunacaq. 11 700 tamaşaçı tutumuna malik olacaq arena təbii ot örtüklü oyun meydançası ilə təchiz ediləcək.

Ətraflı İTV-nin süjetində:

İdman.Biz
Məqalədə: