“Qarabağ”ın sabiq hücumçusu və Azərbaycan futbol millisinin üzvü Nəriman Axundzadənin ad günü çıxış etdiyi “Kolumbus Kryu” klubu tərəfindən diqqətdən kənarda qalmayıb.
İdman.Biz xəbər verir ki, MLS təmsilçisi gənc forvardın doğum gününü sosial şəbəkə hesablarında xüsusi paylaşımla təbrik edib.

Klubun rəsmi “Instagram” səhifəsində futbolçunun fotosu yerləşdirilib və azarkeşlərin təbrikə qoşulmasına çağırış edilib. Paylaşımın rəy bölməsində həm yerli, həm də azərbaycanlı azarkeşlər futbolçuya təbriklərini çatdırıblar.
Xatırladaq ki, Nəriman Axundzadə bu ilin əvvəlində “Qarabağ”dan ABŞ klubuna transfer olunub.
