“Sabah” Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb

23 Aprel 2026 11:28
128
“Sabah” Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb

“Sabah” Bizon Azərbaycan Kubokunda 20-ci ev qoluna imza atıb.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu topu Velko Simiç vurub.

O, yarımfinalın “Qarabağ”la cavab görüşündə (2:1) hesabı bərabərləşdirib.

Bakı klubu ölkə kuboku tarixinə evdə 20 və daha çox qol vuran 30-cu komanda kimi düşüb. 13-cü ev görüşünə çıxan “Sabah” qol sayını 21-ə çatdırıb. Orta məhsuldarlıq 1,62-yə bərabərdir.

Qeyd edək ki, evdə ən çox qol vuran komanda “Qarabağ”dır. Ağdam təmsilçisi 193 dəfə fərqlənib.

İdman.Biz