Artetanın oğlu “Arsenal”ın U-18 komandasında debüt edib

23 Aprel 2026 12:19
178
Artetanın oğlu “Arsenal”ın U-18 komandasında debüt edib

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın böyük oğlu Qabriel Arteta Bernal London klubunun U-18 komandasında debüt edib.

İdman.Biz xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

16 yaşlı futbolçu “Blekbern Rovers”lə görüşdə 70-ci dəqiqədə meydana daxil olub və komandasının 3:0 hesablı qələbəsinə töhfə verib.

Maraqlıdır ki, vaxtilə “Everton”, PSJ və “Arsenal” klublarında mərkəz yarımmüdafiəçisi kimi çıxış edən atasından fərqli olaraq, Qabriel hücumçu mövqeyində oynayır.

İdman.Biz