İranın əvəzinə DÇ-2026-ya İtaliya yığması qatılsın - TƏKLİF

23 Aprel 2026 11:34
166
İranın əvəzinə DÇ-2026-ya İtaliya yığması qatılsın - TƏKLİF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Paolo Zampolli dünya çempionatı ilə bağlı maraqlı təklif irəli sürüb.

İdman.Biz xəbər verir ki, o, FIFA-ya müraciət edərək İtaliya komandasının İranın əvəzinə mundiala dəvət olunmasını istədiyini bildirib.

Zampolli İtaliyanın dördqat dünya çempionu olduğunu və turnirin ABŞ-də keçirilməsinin bu ideyanı “maraqlı edə biləcəyini” qeyd edib.

Hələlik FIFA Paolo Zampollinin müraciətinə cavab verməyib.

İdman.Biz