Liqa 1: Kvaratsxeliya PSJ-ni darmadağına daşıyıb

22 Aprel 2026 23:22
135
Liqa 1: Kvaratsxeliya PSJ-ni darmadağına daşıyıb

Fransa Liqa 1-in 26-cı turu çərçivəsində keçirilən matçda PSJ öz meydanında “Nant” klubunu qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:0 hesablı parlaq qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 37-ci dəqiqədə Dezire Due fərqi iki topa çatdırıb. Matçda son nöqtəni isə 50-ci dəqiqədə dublunu rəsmiləşdirən Xviça Kvaratsxeliya qoyub.

Fransa çempionatında 29 oyundan sonra 66 xal toplayan PSJ turnir cədvəlinə başçılıq edir. “Nant” isə 30 oyundan sonra 20 xalla sondan əvvəlki - 17-ci pillədə qərarlaşıb.

İdman.Biz