U-20 millisindən ayrılan "Sabah"ın futbolçusu Şahin İbrahimovun zədəsinin təfərrüatları məlum olub

22 Aprel 2026 14:54
131
U-20 millisindən ayrılan "Sabah"ın futbolçusu Şahin İbrahimovun zədəsinin təfərrüatları məlum olub

Zədə səbəbindən 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin düşərgəsindən ayrılan “Sabah”ın futbolçusu Şahin İbrahimovun durumuna aydınlıq gəlib.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, 18 yaşlı vingerin çanaq nahiyəsindəki simfiz sümüyündə problem aşkarlanıb. Ş.İbrahimov təxminən iki həftə müalicə almalı olacaq.

Qeyd edək ki, Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək. 2027-ci ildə bu yaş kateqoriyası üzrə dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.

İdman.Biz