“Kəpəz” Fərid Nəbiyevi komandada saxlamaq istəyir

22 Aprel 2026 14:09
165
“Kəpəz” Fərid Nəbiyevi komandada saxlamaq istəyir

“Kəpəz” futbolçusu Fərid Nəbiyevlə yeni müqavilə imzalamaq niyyətindədir.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, rəhbərlik 26 yaşlı yarımmüdafiəçinin komandada qalmasını istəyir və ona yeni sözləşmə təklif etməyə hazırlaşır.

Daha əvvəl Çexiyada legioner həyatı yaşamış oyunçu isə hələ qərar verməyə tələsmir. F.Nəbiyev ölkə daxilindən gələcək digər təklifləri də nəzərdən keçirməyi planlaşdırır. O, mövsümün sonunda karyerası ilə bağlı qərar verəcək.

Qeyd edək ki, Fərid Nəbiyev mövsümün əvvəlində “Kəpəz”lə bir illik müqavilə imzalayıb. O, cari mövsüm Premyer Liqada keçirilən 28 oyunun hamısında iştirak edib və dörd qol vurub.

İdman.Biz