“Karvan-Yevlax” U-10 Liqasından kənarlaşdırılıb, Oqtay Əlizadə altı aylıq cəza alıb

22 Aprel 2026 15:39
144
“Karvan-Yevlax” U-10 Liqasından kənarlaşdırılıb, Oqtay Əlizadə altı aylıq cəza alıb

AFFA U-10 Liqasında iştirak edən “Karvan-Yevlax”ı və baş məşqçisi Oqtay Əlizadəni cəzalandırıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar verib.

SUHB komandasına məxsus futbolçunu müxtəlif oyunlarda ən azı üç dəfə öz heyətinə cəlb etdiyinə görə “Karvan-Yevlax” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib, komanda yarışlardan kənarlaşdırılıb.

Həmçinin komandanın baş məşqçisi Oqtay Əlizadənin altı ay müddətinə futbola aid istənilən fəaliyyətdə iştirak etməsi qadağan edilib (maddə 99, 79.4, 97.1, 97.2, 11.3).

İdman.Biz