“Qarabağ”ın futbolçusu, Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyevin klub tərəfindən satışa çıxarılacağı ilə bağlı iddialar yayılıb.
Bildirilib ki, bununla əlaqədar həm futbolçunun özünə, həm də menecerlərə məlumat verilib və klub yay transfer dönəmində onu satmağa hazırdır.
Məsələ ilə bağlı Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev İdman.Biz-ə açıqlamasında bildirib ki, rəsmi hər hansı addım olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduqları üçün əsas heyətdən uzaqlaşdırılıblar.
