Bonuççi İtaliya yığması üçün məşqçi təklif etdi

21 Aprel 2026 15:10
145
Bonuççi İtaliya yığması üçün məşqçi təklif etdi

Turinin “Yuventus” klubunun sabiq müdafiəçisi Leonardo Bonucci İtaliya milli komandasının baş məşqçi postuna Pep Guardiolanın gətirilməsini təklif edib.

İdman.Biz xəbər verir ki, Bonuççi hazırda milli komandanın yenidən qurulmasını da vacib bilib.

“Ən vacibi yenidənqurma aparmaqdır. İtaliya futbol dünyasında hörmətini geri qazanmalıdır. Yığma yenidən böyük komanda olmalıdır. Vaxt öz sözünü deyə bilər. Hazırda perspektivli futbolçularımız var, amma onların tam formalaşması üçün zamana ehtiyac var. Qvardiola onlara bu prosesdə kömək edə bilər”, - deyə keçmiş futbolçu bildirib.

Qeyd edək ki, “Skuadra adzurra” ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

İdman.Biz