İngiltərə klubu 19 yaşlı hücumçusu üçün 70 milyon avro tələb edir

21 Aprel 2026 09:13
210
İngiltərə klubu 19 yaşlı hücumçusu üçün 70 milyon avro tələb edir

İngiltərənin “Bornmut” klubu 2026-cı ilin yayında hücumçu Eli Junior Krupini başqa kluba buraxmağa hazırdır, bir şərtlə ki qarşı tərəf 70 milyon avro civarında məbləğ ödəsin.

İdman.Biz xəbər verir ki, hazırda 19 yaşlı fransızı xüsusilə “Mançester Yunayted” heyətində görmək istəyir. Daha əvvəl forvard “Liverpul”, “Arsenal” və “Çelsi” kimi klublarla da əlaqələndirilirdi.

Cari mövsümdə Krupi 30 oyunda 10 qol vurub. Onun “Bornmut”la müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir. O, bu klubda 2025-ci ilin fevralından çıxış edir.

İdman.Biz