İngiltərə Premyer Liqasında 33-cü tur başa çatıb.
İdman.Biz, turun son oyununda "Kristal Pelas" doğma meydanda "Vest Hem"lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
33 turdan sonra "Arsenal" 70 xalla turnir cədvəlinin lideridir. "Mançester Siti" 67 xalla ikinci, "Mançester Yunayted" və "Aston Villa" 58 xalla növbəti pillələrdə qərarlaşıb. "Liverpul" 55, "Çelsi" isə 48 xal toplayıb.
