“Qəbələ”nin futbolçusu: “Elitadan düşməyi ağlımıza belə gətirmirik”

20 Aprel 2026 14:42
1 006
“Qəbələ”nin futbolçusu: “Elitadan düşməyi ağlımıza belə gətirmirik”

“Qələbə qazanmaq istəyirdik. Bu tur turnir cədvəlində bizdən geridə olan “Karvan-Yevlax” da qalib gəlib bizə yaxınlaşdı. Növbəti oyunlara hazırlaşacağıq”.

Bu sözləri “Qəbələ”nin futbolçusu Eşqin Əhmədov deyib.

Gənc futbolçu komandasının Misli Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a məğlub olduğu oyunu şərh edib.

“Məğlubiyyəti ədalətli nəticə hesab etmirəm. Çox qol fürsəti yaratdıq, vura bilmədik. Əksinə, “Sumqayıt” az şansdan yararlanıb, qələbə qazandı. Ən azı 1 xalı haqq edirdik. Turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Çoxlu qol vurmalıyıq. Növbəti turda rəqibimiz “Araz-Naxçıvan”dır. Çətin oyun olacaq. Mütləq qələbə qazanmalıyıq. Başqa yolumuz yoxdur. Oyun baxımından Premyer Liqadakı komandalardan geri qalmırıq. Elitadan düşməyi ağlımıza belə gətirmirik. Qəbələyə futbol yaraşır”, - deyə o, sport24.az-a açıqlamasında deyib​.

Qeyd edək ki, “Sumqayıt” “Qəbələ” matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

İdman.Biz