“Zirə” - “Neftçi” matçı 100-cü heç-heçə ilə yadda qaldı

20 Aprel 2026 11:10
349
“Zirə” - “Neftçi” matçı 100-cü heç-heçə ilə yadda qaldı

“Zirə” Premyer Liqada 100-cü dəfə heç-heçə edib.

İdman.Biz Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, “Neftçi” ilə ev matçında qeydə alınıb.

Misli Premyer Liqasının 28-ci turunun görüşü 1:1 hesabı ilə nəticələnib.

Paytaxt təmsilçisi 332-ci oyununda 100-cü “sülh”ə imza atıb. “Zirə” çempionatın tarixində 100 və daha çox bərabərliyi olan 11-ci komandadır. Bakılıların “sülh”lərindən 51-i ev, 49-u səfər matçında gerçəkləşib.

Qəsəbə klubunun ilk heç-heçəsi 2015/2016 mövsümünə təsadüf edib. 2015-ci il avqustun 16-da “Kəpəz”lə səfər qarşılaşmasında 1:1 hesabı qeydə alınıb.

İdman.Biz
Məqalədə: