“Barselona” Levandovskiyə yeni müqavilə təklif etməyə hazırlaşır

20 Aprel 2026 13:27
137
“Barselona” Levandovskiyə yeni müqavilə təklif etməyə hazırlaşır

Təcrübəli polşalı hücumçu Robert Levandovski növbəti mövsümü də “Barselona”da keçirə bilər.

İdman.Biz xəbər verir ki, bu barədə “Mundo Deportivo məlumat yayıb”. Mənbəyə görə, 37 yaşlı forvardın maraqlarını qoruyan agent yaxın vaxtlarda “göy-qırmızılar”la futbolçunun gələcəyini müzakirə edəcək.

Levandovskinin “Barselona” ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Klub ulduz hücumçuya yeni – bir illik sözləşmə təklif etməyə hazırdır.

Futbolçunun özü də bir sıra Avropa klublarının marağına baxmayaraq komandada qalmağa qarşı deyil.

Qeyd edək ki, Levandovski cari mövsümdə La Liqada 25 oyuna çıxıb, 12 qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz