PFL-ə “Kəpəz”dən Gəncə şəhər stadionu ilə bağlı müraciət daxil olmayıb

20 Aprel 2026 13:41
132
PFL-ə “Kəpəz”dən Gəncə şəhər stadionu ilə bağlı müraciət daxil olmayıb

“Kəpəz” klubunun cari mövsümdə ev oyunlarından birinin Gəncə şəhər stadionunda keçirməsi ot örtüyünün hazır olmasından asılıdır.

“Gəncə” klubunun Media və Marketinq departamentinin direktoru Gəray Qiyasov report.az-a açıqlamasında bildirib ki, arena hazır vəziyyətə gətiriləcəyi təqdirdə Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklər.

“Stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Kluba rəsmi olaraq “Neftçi” ilə matça hazır olacağı ilə bağlı söz deyilməyib. Rəsmi deyilsə ki, həmin vaxtadək hazır olacaq, biz də PFL-ə müraciət edəcəyik”, - deyə o söyləyib.

PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib ki, “Kəpəz” klubu tərəfindən stadionun təftiş olunması ilə bağlı quruma hər hansı müraciət daxil olmayıb.

Xatırladaq ki, “Kəpəz” “Neftçi” ilə Misli Premyer Liqasının sonuncu - 33-cü turunda qarşılaşacaq. Həmin matç mayın sonuna planlaşdırılır.

Qeyd edək ki, Gəncə şəhər stadionunda aparılan yenidənqurma səbəbindən “Kəpəz” artıq üç mövsümdür ki, doğma meydanından kənarda çıxış edir. Komanda ev qarşılaşmalarını müvafiq olaraq Qəbələ, Tovuz və Yevlax şəhərlərində keçirir.

İdman.Biz