Hakim qərarları yenidən müzakirəyə çıxarıldı - VİDEO

12 Aprel 2026 13:11
273
Hakim qərarları yenidən müzakirəyə çıxarıldı - VİDEO

Son zamanlar Misli Premyer Liqasındakı hakim qərarları hər oyundan sonra sosial şəbəkələrdə müzakirəyə çıxarılır. 27-ci turun dünən keçirilmiş oyunlarda da analoji vəziyyət yaranıb. Söhbət penalti epizodundan gedir.

İdman.Biz xəbər verir ki, “Şamaxı”nın qonağı olan “Qarabağ” Toral Bayramovun cərimə meydançasında üzündən zərbə almasına, “Sabah” - “Zirə” qarşılaşmasında isə qonaqlar İsa Cibrilanın cərimə meydançasında yıxılmasına görə penalti zərbəsi gözləyib. Amma hər iki epizodda hakim bunu adi oyun epizodu kimi qeydə alıb.

Qeyd edək ki, “Şamaxı” - “Qarabağ” qarşılaşmasının baş hakimi İnqilab Məmmədov, “Sabah” - “Zirə” baş hakimi isə Tural Qurbanov olub.

İdman.Biz