Toni Kroos “Real”a qayıda bilər

12 Aprel 2026 12:41
321
Toni Kroos “Real”a qayıda bilər

Futbol dünyasında sensasiya yaradacaq xəbər yayılıb. Madridin “Real” klubu karyerasını bitirmiş Toni Kroosu yenidən kluba qaytarmaq istəyir.

İdman.Biz “AS” nəşrinə istinadən xəbər verir ki, “kral klubu” almaniyalı sabiq yarımmüdafiəçinin idman strukturunda rəhbər vəzifələrdən birini tutmasını hədəfləyir.

Mənbənin bildirdiyinə görə, Kroosun kluba qayıtmasında şəxsən prezident Florentino Peres israrlıdır. Peres onun təcrübəsindən və futbol zəkasından klubun gələcək inkişafında istifadə etmək niyyətindədir.

Xatırladaq ki, Toni Kroos 2024-cü il Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

İdman.Biz